"Beşiktaş"ın futbolçusu Çempionlar Liqasında rekord müəllifi olub

Futbol
  • 14 sentyabr, 2017
  • 05:33
Beşiktaşın futbolçusu Çempionlar Liqasında rekord müəllifi olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü rekordla başlayıb. "Report"un məlumatına görə, ilk turun 16 qarşılaşmasında ümumilikdə 54 qol vurulub. 

Komandalar birinci yarış günündə 28 dəfə fərqləniblər. Ən çox qola İngiltərənin "Çelsi" ("Qarabağ"la oyunda 6:0) və Fransanın PSJ (Şotlandiyada "Seltik"lə görüşdə 5:0) komandaları imza atıb. İkinci yarış günündə isə 26 qol vurulub. Rekordu yeniləyən sonuncu qolun müəllifi isə Türkiyə "Beşiktaş"ının hücumçusu Rayan Babel olub. Hollandiyalı futbolçu Portuqaliyada "Portu"nu 86-cı dəqiqədə məyus edib - 3:1. 

Qeyd edək ki, bu rekord Çempionlar Liqasının hazırkı formatına əsasən müəyyənləşdirilib. Əslində 2010-2011 mövsümünün ilk turunda qapılara 63 qol vurulub. Amma həmin formatda ikinci qrup mərhələsi də olub.  

44 filmi