"Beşiktaş"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib
- 24 fevral, 2017
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib.
Bu, Yunanıstanın "Olimpiakos" komandasıdır. "Olimpiakos" 1/16 final mərhələsində Türkiyənin digər təmsilçisi "Osmanlıspor"u mübarizədən kənarlaşdırıb - 0:0, 3:0.
Püşkün nəticələri:
"Selta" (İspaniya) - "Krasnodar" (Rusiya)
APOEL (Kipr) - "Anderlext" (Belçika)
"Şalke" (Almaniya) - "Borussiya" (Mönxenqladbax, Almaniya)
"Lion" (Fransa) - "Roma" (İtaliya)
"Rostov" (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)
"Gent" (Belçika) - "Genk" (Belçika)
"Kopenhagen" (Danimarka) - "Ayaks" (Hollandiya)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/8 final matçları martın 9-da və 16-da olacaq.