Belçika millisi baş məşqçisi ilə müqaviləni yenilədi - RƏSMİ

Futbol
  • 20 may, 2020
  • 08:48
Belçika millisi baş məşqçisi ilə müqaviləni yenilədi - RƏSMİ
Roberto Martines

Belçika Kral Futbol Assosiasiyası millinin baş məşqçisi Roberto Martineslə müqavilənin müddətini uzadıb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə yeni sözləşmə 2022-ci ilədək nəzərdə tutulub. 

Daha öncə mətbuatda baş məşqçinin Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmada olacağı bildirilib. 

Qeyd edək ki, Roberto Martines 2016-cı ildən milliyə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş mundialda bürünc medal qazanıb.