Belarus millisinin üzvü: "Qarabağ”ın futbolçuları təcrübəlidirlər və Avropada çıxış edirlər"
- 24 mart, 2025
- 20:39
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ”ın futbolçuları təcrübəlidirlər və Avropada çıxış edirlər".
"Report" xəbər verir ki, bunları Belarus millisinin futbolçusu Kiril Peçenin sabah Azərbaycan millisi ilə keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında deyib.
Futbolçu onları çətin oyun gözlədiyini söyləyib:
“Minskdəki oyun çoxdan olub. Lakin Bakıdakı matçı yaxşı xatırlayıram. Rəqib yaxşı oyunçulara malikdir. Xüsusən “Qarabağ”ın futbolçuları təcrübəlidirlər. Sabah bizi çətin oyun gözləyir”.
O, təbii örtükdə oynamağın daha yaxşı olduğunu vurğulayıb:
“Təbii örtükdə oynamaq daha yaxşıdır. Amma Belarusdakı mövcud şərtlərə uyğun olaraq futbolçular həm süni, həm də təbii örtükdə oynamağa öyrəşiblər”.
Qeyd edək ki, martın 25-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.