Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşib

Futbol
  • 28 aprel, 2022
  • 10:06
Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşib

İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.