"Bavariya" Upamekanoya fevralın ortalarına qədər vaxt verib
Futbol
- 27 yanvar, 2026
- 17:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubu müdafiəçi Dayo Upamekanoya yeni müqavilə ilə bağlı tələb irəli sürüb.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub 27 yaşlı futbolçudan təklifə fevralın ortalarına qədər cavab verməsini tələb edib.
Klub rəhbərliyi son təklif etdiyi müqavilə şərtlərini yaxşılaşdırmaq niyyətində deyil. Tərəflər arasında danışıqlar fransalı oyunçunun mövqeyi səbəbindən çətinləşib. Belə ki, onun meneceri yeni sözləşmədə 65 milyon avro sərbəst qalma məbləği ilə bağlı bəndin 2027-ci ilin yayında aktivləşməsini istəyir.
Qeyd edək ki, D.Upamekanonun "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər qüvvədədir.
Son xəbərlər
20:08
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
20:00
Foto
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
Xarici siyasət
19:51
Foto
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Hərbi
19:36
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Digər ölkələr
19:12
Video
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət