“Bavariya”nın kapitanı ciddi zədələnib
Futbol
- 09 dekabr, 2024
- 22:38
Almaniyanın “Bavariya” klubunun qapıçısı və kapitanı Manuel Noyerin qabırğası sınıb və o, 2024-cü ildə meydana çıxmayacaq.
“Report” xəbər verir ki, bunu Münhen təmsilçisinin baş məşqçisi Vinsent Kompani deyib.
“Onun qabırğası sınıb və yəqin ki, bu il oynamayacaq. Əsas odur ki, o, indi sağalsın. Ümid edirəm ki, Manuel yanvarda bizə qoşulacaq”, - Kompani bildirib.
Noyerin 38 yaşı var, bu mövsüm “Bavariya”nın heyətində 19 oyun keçirib, onlardan 12-də top buraxmayıb. Qapıçı 2011-ci ildən “Bavariya”da çıxış edir.
O, komanda ilə birlikdə 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Son xəbərlər
01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
Digər ölkələr23:33
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Region23:20