"Bavariya" futbolçusu Konrad Laymerlə müqavilənin müddətini uzadıb

Futbol
  • 20 iyul, 2026
  • 21:37
Bavariya futbolçusu Konrad Laymerlə müqavilənin müddətini uzadıb

Almaniyanın "Bavariya" klubu müdafiəçi Konrad Laymerlə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Avstriya millisinin futbolçusu 2029-cu ilə qədər Bundesliqa təmsilçisində çıxış edəcək.

Laymer 2025/2026 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Bavariya" ötən mövsüm Bundesliqada 89 xal toplayaraq Almaniya çempionu olub.

44 - Tezliklə