"Bavariya" Bundesliqa mövsümündə ikinci dəfə məğlub olub - VİDEO
Futbol
- 05 aprel, 2017
- 00:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ Futbol üzrə Almaniya Bundesliqasının lideri olan "Bavariya" çempionatın 27-ci turunun səfər matçında "Hoffenhaym"a minimal hesabla məğlub olub.
"Report" klubun saytına istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.
Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. "Münhenlilər" oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.
Məğlubiyyətə baxmayaraq, "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir və bu gün "Leypsiq" qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.
Əlavə edək ki, "Bavariya" bu mövsüm ilk məğlubiyyətini "Borussiya Dortmund"dan alıb (0: 1).
Son xəbərlər
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr
13:35
SOCAR III rübdə 632 milyon kubmetrə yaxın qaz emal edib
Energetika
13:27
Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Futbol
13:22
Foto
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi