"Başakşehir" və "Denizlispor"un futbolçuları millimizdə
- 23 sentyabr, 2020
- 08:14
Sentyabrın 24-də Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı start götürəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu çağırılıb. Siyahıda Türkiyənin "Başakşehir" klubunun futbolçusu Serhan Üresin və "Denizlispor"dan Emre Yıldırım da var.
Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.
| N | SOYAD | AD | KLUB |
| 1 | Məmmədli | Əmrah | Qəbələ |
| 2 | Samiqullin | Rüstəm | Sabah |
| 3 | Cəfərov | Rza | Neftçi |
| 4 | Səmədov | Ümid | Kəpəz |
| 5 | Yıldırım | Emre | Denizlispor (Türkiyə) |
| 6 | Cəfərov | Şamil | Səbail |
| 7 | Şirinov | Şirin | Keşlə |
| 8 | Hüseynov | Cəlal | Zirə |
| 9 | Rzayev | Abdulla | Sabah |
| 10 | Musayev | Nemət | Sabah |
| 11 | Əhmədov | Mirəli | Neftçi |
| 12 | Yusifli | Fərid | Neftçi |
| 13 | Üresin | Serhan | Başakşehir (Türkiyə) |
| 14 | Qasımov | Elçin | Turan Tovuz |
| 15 | Cəfərov | Camal | Sabah |
| 16 | Məhərrəmli | Samir | Sabah |
| 17 | Həsənzadə | Nazim | Sabah |
| 18 | Səfərov | Emil | Qəbələ |
| 19 | Abdullayev | Samir | Keşlə |
| 20 | Məmmədli | Ziya | Neftçi |
| 21 | Əsədov | Gülağa | Qəbələ |
| 22 | Kazımov | Kamal | Keşlə |
| 23 | Baxşəli | Mehrac | Qəbələ |