UEFA Avropa Liqası: "Başakşehir" "Roma" ilə, APOEL "Düdelanj"la qarşılaşacaq

Futbol
  • 28 noyabr, 2019
  • 03:30
UEFA Avropa Liqası: Başakşehir Roma ilə, APOEL Düdelanjla qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.

A qrupunun digər matçında isə Lüksemburq "Düdelanj"ı evdə Kipr APOEL-i ilə üz-üzə gələcək. Bu qrupda yalnız Andalusiya təmsilçisi 1/16 final mərhələsinə vəsiqəni təmin edib. Növbəti vəsiqənin sahibi isə bu görüşlərdən sonra bəlli ola bilər.

4 turdan sonra "Sevilya"dan başqa “Espanyol” (İspaniya) “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya) və “Mançester Yunayted” (İngiltərə) də növbəti mərhələyə yüksəlib.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı Almaniyanın Volfsburq" klubunu qəbul edəcək. Üç xala malik olan komanda hələ ki, növbəti mərhələ şanslarını qoruyur. I qrupunun digər görüşündə "Sent-Etyen" Fransada Belçika "Gent" ilə qarşılaşacaq.

Türkiyə klublarından isə yalnız "Başakşehir"in növbəti mərhələyə yüksəlmək şansı qalıb. "Trabzonspor" və "Beşiktaş"ın isə qruplarında 3 və ya 4-cü yeri tutacağı dəqiqləşib.

"Başakşehir" bu tur İstanbulda "Roma"nı qəbul edəcək. J qrupunun digər oyununda Avstriya "Volfsberq"i Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandası ilə üz-üzə gələcək. "Başakşehir şansının öz əlində olması üçün səfərdə ən azı heç-heçəyə nail olmağa çalışacaq.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

28 noyabr

A qrupu

24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

24:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr)

Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.

B qrupu

24:00. "Luqano" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

24:00. "Malmö" (İsveç) - "Dinamo" (Kiyev, Ukrayna)

Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2

C qrupu

19:50. "Trabzonspor" (Türkiyə) - "Xetafe" (İspaniya)

19:50. "Krasnodar" (Rusiya) - "Bazel" (İsveçrə)

Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.

D qrupu

24:00. "Rusenborq" (Norveç) - LASK (Avstriya)

24:00. "Sportinq" (Portuqaliya) - PSV (Hollandiya)

Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0

E qrupu

24:00. "Latsio" (İtaliya) - ÇFR (Rumıniya)

24:00. "Seltik" (Şotlandiya) - "Renn" (Fransa)

Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

24:00. "Gimaraynş" (Portuqaliya) - "Standard" (Belçika)

24:00. "Arsenal" (İngiltərə) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.

G qrupu

21:55. "Feyenoord" (Hollandiya) - "Reyncers" (Şotlandiya)

21:55. "Yanq Boyz" (İsveçrə) - "Portu" (Portuqaliya)

Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.

H qrupu

21:55. "Ferentsvaroş" (Macarıstan) - "Espanyol" (Espanyol)

21:55. MOİK (Moskva, Rusiya) - Lüdoqorets" (Bolqarıstan)

Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1

I qrupu

21:55. "Aleksandriya" (Ukrayna) - "Volfsburq" (Almaniya)

21:55. "Sent-Etyen" (Fransa) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.

J qrupu

21:55. "Volfsberq" (Avstriya) - "Borussiya" (Mönxenqladbax, Almaniya)

21:55. "Başakşehir" (Türkiyə) - "Roma" (İtaliya)

Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.

K qrupu

21:55. "Braqa" (Portuqaliya) - "Vulverhempton" (İngiltərə)

21:55. "Beşiktaş" (Türkiyə) - "Slovan" (Bratislava, Slovakiya)

Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.

L qrupu

19:50. "Astana" (Qazaxıstan) - "Mançester Yunayted" (İngiltərə)

21:55. AZ (Hollandiya) - "Partizan" (Serbiya)

Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0.