Baş məşqçi: "Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik"

Futbol
  • 13 fevral, 2017
  • 16:05
Baş məşqçi: Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik

Bakı. 13 fevral. REPORT.AZ/ "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb. 

"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı oyun oldu. Rəqibimiz də çox yaxşı mübarizə apardı. Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik.

- Bu gün sizə qar daha çox mane oldu, yoxsa "Sumqayıt"?

- Havadan şikayətlənmək düz olmazdı. Hər iki komanda bu şəraitdə oynadı.

- Bu hava şəraitinə uyğun hazırlaşmışdınız?

- Bəli. Müəyyən elementlər olur. Onların üzərində məşq edirik.

- Mahir Şükürovun bu mövsüm karyerasını bitirəcəyi doğrudurmu?

- Bunu Mahirdən soruşsanız daha yaxşı olar. Özü bilər, istəsə oynacaq, istəməsə yox.

- Boban Baykoviçin ehtiyatda qalması limitlə bağlıdır, yoxsa başqa problem var?

- Oyun bunu tələb edirdi. Rəqibdən asılıdır.