“Barselona” rekorda bir addım da yaxınlaşıb
Futbol
- 11 aprel, 2023
- 05:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın “Barselona” klubu rekorda bir addım da yaxınlaşıb.
“Report” xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XXVIII turunda “Jirona” ilə qolsuz bərabərə qalıb.
Bu, Xavi Ernandesin kollektivinin cari mövsüm çempionatda qapısından top buraxmadığı 21-ci matç olub. Qapıçı Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 qarşılaşmada rəqib hücumlarına mane olmalıdır.
“Barselona”nın La Liqadakı rekordu 1986/1987 mövsümündə 24 “quru” oyun olub. Həmin vaxt çərçivəni Andoni Zubizarreta qoruyub. 2014/2015 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.
Qeyd edək ki, “Barselona” hazırda 72 xalla turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
00:15
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
Digər ölkələr23:50
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Digər ölkələr23:42
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
İnfrastruktur23:41
Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir
Region23:31
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub
Digər ölkələr23:14
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib
Digər ölkələr23:08
Bessent: "İqtisadi təcrid" əməliyyatı İran rialının çökməsinə səbəb olub
Digər ölkələr22:52
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb
Digər ölkələr22:43