Portuqaliya klubu "Barselona"nın almaq istədiyi müdafiəçinin qiymətini müəyyənləşdirib
- 24 sentyabr, 2025
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqliyanın "Sportinq" klubu "Barselona"nın (İspaniya) almaq istədiyi müdafiəçi Qonsalu İnasiunun qiymətini müəyyənləşdirib.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, Lissabon təmsilçisi 24 yaşlı arxa xətt oyunçusu ilə müqavilə müddətinin uzadılması barədə danışıqlara başlayıb.
Klubla futbolçu arasında yeni, müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir. Həmçinin, Portuqaliya komandası futbolçuya 60-80 milyon avro arasında qiymət təyin edib.
Qeyd edək ki, Q.İnasiu 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.