"Barselona"nın futbolçusu tarixə düşüb
Futbol
- 07 fevral, 2022
- 07:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun futbolçusu Daniel Alveş XXI əsrdə 1000-ci matçına çıxıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı cinah müdafiəçisi buna "Atletiko" (Madrid) komandasını 4:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXIII tur oyununda nail olub.
Braziliyalı oyunçu hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldudan geri qalır.
Madrid klubu ilə görüşdə Kataloniya təmsilçisinin 4-cü qoluna imza atan təcrübəli futbolçu həm də "Barselona" tarixinin ən yaşlı qolçusu olub. Alveş 1963/1964 mövsümündə 37 yaşında fərqlənmiş Joan Seqarranın rekordunu qırıb.
Son xəbərlər
12:13
"DH Volley"in baş məşqçisi Durval De Santana Nunyes: "Çelenc Kubokunda hər matça final kimi yanaşmalıyıq"
Komanda
12:12
Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq
Biznes
12:10
Vüqar Gülməmmədov: "Sosial sığorta sistemində asılılıq əmsalının artması risk yaradır"
Maliyyə
12:10
Əlibala Əliyev: Azad olunmuş ərazilərdə stansiyaların bərpası tam təmin edilib
İnfrastruktur
12:09
Azərbaycanda aqrar texnika və ehtiyat hissələri 6 il ƏDV-dən azad ediləcək
Biznes
12:07
Azərbaycan şahmatçısı Read Səmədov U-20 dünya çempionatında bürünc medal qazanıb
Fərdi
12:06
Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək
Region
12:05
Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq
Biznes
11:59
Palata sədri: "Əmək pensiyaları üzrə xərclərin artımı indeksləşmədən qaynaqlanır"
Maliyyə