"Barselona"nın futbolçusu Ronaldo və İbrahimoviçin uğurunu təkrarlayıb

Futbol
  • 22 aprel, 2022
  • 05:27
Barselonanın futbolçusu Ronaldo və İbrahimoviçin uğurunu təkrarlayıb
Pyer-Emerik Obameyanq

İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb.

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna səfərdə "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIII tur oyununda nail olub.

Görüşdə yeganə qolun müəllifi olan təcrübəli forvard İspaniya çempionatında meydana çıxdığı 11-ci matçında 9 dəfə fərqlənib.

Qabonlu oyunçu Kataloniya təmsilçisinin sabiq futbolçuları braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.