"Barselona"nın futbolçusu ən yaxşı bombardir adına sahib çıxıb
- 19 dekabr, 2016
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Avropanın "böyük beşliy"inə daxil olan çempionatlarda ən yaxşı bombardirə çevrilib. "Report"un məlumatına görə, argentinalı hücumçu La Liqanın XVI turunda "Espanyol"u 4:1 hesabı ilə yendikləri qarşılaşmada fərqləndikdən sonra buna nail olub.
Messi 90-cı dəqiqədə qol vuraraq oyunun nəticəsini müəyyənləşdirib. Bu argentinalının cari ildə 51-ci qolu olub.
Onun komanda yoldaşı uruqvaylı Luis Suares isə 37 qol vurub. Bunlardan 25-i ötən mövsümün ikinci yarısına, 12-si isə cari mövsümə təsadüf edib. Bu isə 2016-cı ildə "Top-5" ölkələrin çempionatlarındakı ən yaxşı nəticədir.
Qeyd edək ki, "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun aktivində 42 qol var.