“Barselona” Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılığa gəlib
Futbol
- 05 iyul, 2017
- 10:33
Bakı. 5 iyul. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu futbolçusu Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılıq əldə edib. “Report”un klubun saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə yeni anlaşmanı yaxın günlərdə rəsmiləşdirəcək.
Tədbir zamanı 30 yaşlı oyunçu 2021-ci ilədək nəzərdə tutulan sövdələşməyə imza atacaq. Messinin hazırkı müqaviləsi 30 iyun 2018-ci ilə qədər idi.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 16 oktyabr 2004-cü ildə debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.
Son xəbərlər
04:41
"Artemida II"nin Aya uçuşu bütün dünyada maraqla qarşılanıb
Digər ölkələr04:11
Şahbaz Şərif: İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib
Region04:00
Foto
YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
Mədəniyyət siyasəti03:38
İran XİN Pakistana təşəkkür edib və atəşkəs şərtlərini açıqlayıb
Region03:28
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəs barədə bəyanat yayıb
Region03:14
Taker Karlson ABŞ-nin İrana yeni zərbəsinin qarşısını almağa çağırıb
Digər ölkələr02:51
Tramp İrana qarşı hücumları iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb
Digər ölkələr02:51
Pakistan və Türkiyənin XİN rəhbərləri regiondakı son hadisələri müzakirə ediblər
Region02:23