"Barselona" Joau Kanselunun transferini açıqlayıb
Futbol
- 13 yanvar, 2026
- 16:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu portuqaliyalı müdafiəçi Joau Kanselunu heyətinə qatdığını rəsmən elan edib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmır. Kanselu müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.
2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edən J.Kanselu daha əvvəl də "Barselona"da forma geyinib.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun bazar dəyərini 10 milyon avro qiymətləndirir.
Son xəbərlər
14:53
Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib
Digər ölkələr
14:49
Mirziyoyev Türkiyənin iş adamlarını Özbəkistana investisiya yatırmağa dəvət edib
Digər ölkələr
14:34
Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Rəqiblərimiz güclüdür, amma ümidsiz deyilik"
Komanda
14:31
"Hermes" BOKT-a lisenziya verilib
Maliyyə
14:31
İcma ABŞ Konqresinin Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb
Daxili siyasət
14:16
Pakistanda avtobus avtosisternlə toqquşub, azı 10 nəfər ölüb
Digər ölkələr
14:14
Seneqal sahillərində miqrantları daşıyan qayıq aşıb: onlarla insan itkin düşüb
Digər ölkələr
14:04
Dmitro Naqornı: "Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır"
İKT
14:03
Video
ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb - Yenilənib
Digər ölkələr