"Barselona" il ərzində ən çox gəlir əldə edən klub kimi tarixə düşüb
Futbol
- 02 oktyabr, 2018
- 14:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun 2017-2018 mövsümündə əldə etdiyi gəlir açıqlanıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi il ərzində 1.05 milyard dollar (914 milyon avro) gəlir əldə edib.
İspaniya nəhəngi eyni mövsümdə bir milyard dollardan çox qazanc əldə edən ilk klub kimi tarixə düşüb.
Klubun mənfəəti isə 12,67 milyon dollar olub (11 milyon avro). Son 8 ildə "Barselona"nın gəlirləri 229 milyon dollar (199 milyon avro) olaraq müəyyənləşdirilib.
Klubun proqnozlarına əsasən, 2018/2019 maliyyə ili üçün gəlir 1.105 milyard dollara (960 milyon avro) çatmalıdır. Kataloniya klubu 2021-ci ildə isə bir milyard avro gəlir əldə etməyi hədəfləyir.
Son xəbərlər
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr