"Barselona" iki müdafiəçini transfer etmək istəyir

Futbol
  • 15 noyabr, 2025
  • 14:22
Barselona iki müdafiəçini transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu iki müdafiəçini transfer etmək istəyir.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub Almaniya təmsilçiləri "Bavariya"dan Dayot Upamekano və "Borussiya"dan (Dortmund) Niko Şlotterbeki heyətinə qatmağı düşünür.

25 yaşlı N.Şlotterbek "Borussiya" ilə 2027-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edərsə, "Barselona"ya 40 milyon avro qarşılığında keçə bilər.

27 yaşlı D.Upamekanonun "Bavariya" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Münhen təmsilçisi müdafiəçi ilə yeni müqavilə imzalamaq istəsə də danışıqlar uğursuz olub.

Qeyd edək ki, Şlotterbek 2025/2026 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə 10 oyun keçirib və bir məhsuldar ötürmə müəllifi olub. Cari mövsüm "Bavariya"nın heyətində 20 oyun keçirən Upamekano da cəmi 1 ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti