"Barselona" Hans-Diter Flik ilə yeni müqavilə barədə razılığa gəlib
Futbol
- 11 may, 2026
- 17:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya La Liqası təmsilçisi "Barselona" baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə barədə razılıq əldə edib.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər arasında yeni sözləşmə yaxın günlərdə rəsmiləşdiriləcək. Müqavilənin müddəti 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sənəddə əlavə 1 illik uzatma bəndinin də yer aldığı bildirilib.
61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından "Barselona"nı çalışdırır. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi iki dəfə İspaniya çempionu olub, həmçinin İspaniya Superkuboku və kubokunu qazanıb.
Son xəbərlər
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət