​"Barselona" Dünya Klub Çempionatının qalibi olub - VİDEO

Futbol
  • 20 dekabr, 2015
  • 20:23
​Barselona Dünya Klub Çempionatının qalibi olub - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Yaponiyada keçirilən futbol üzrə Dünya Klub Çempionatının finalında Argentina "River Pleyt"ini 3:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, oyunda hesabı 36-cı dəqiqədə Lionel Messi açıb.

Ardınca ikinci hissənin əvvəlində Luis Suares komandasının üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə isə o dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyən edib.

Beləliklə, "Barselona" Dünya Klub Çempionatında üçüncü dəfə qalib gəlməklə rekorda imza atıb.

​"Barselona" Dünya Klub Çempionatının qalibi olub - VİDEO

44 - Tezliklə