"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
- 08 yanvar, 2026
- 01:16
"Barselona" İspaniya Superkubokunun yarımfinal oyununda "Atletik"ə 5:0 hesabı ilə qalib gəlib.
"Report" xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilir.
Qollar Ferran Torres (22), Fermin Lopes (30), Runi Barji (34) və Rafinya (38, 52) vurublar.
"Barselona" finalda "Real" və "Atletiko" arasında yanvarın 8-də keçiriləcək matçın qalibi ilə oynayacaq. Final görüşü isə yanvarın 11-də keçiriləcək.
İspaniya Superkuboku 2019/2020 mövsümündən miniturnir formatında keçirilir. Adətən milli kubokun qalibi və finalçısı ilə birlikdə ölkə çempionu və vitse-çempionu iştirak edir. Ancaq ötən mövsüm "Barselona" hər iki turniri qazanıb və "Real" hər iki yarışın gümüş mükafatçısı olub. Buna görə İspaniya Superkubokunda son milli çempionatda üçüncü və dördüncü yerləri tutan komandalar da iştirak edir.