"Barselona" ağır zədələnən futbolçusuna yeni müqavilə təklif edir
Futbol
- 09 sentyabr, 2024
- 12:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu ağır zədələnən futbolçusu Mark Bernala yeni müqavilə təklif edir.
"Report" ESPN-ə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.
Oyunçunun 18 yaşı olanda müddət 2029-cu ilədək uzadıla bilər.
Kataloniya təmsilçisinin əsas komandasında 15 oyun keçirdikdən sonra Mark Bernalın maaşı da artacaq.
Qeyd edək ki, futbolçu “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın III turunun matçında sıradan çıxıb. Onun sol dizinin çarpaz bağı qopub və menisk nahiyəsindən zədələnib.
Son xəbərlər
09:45
Video
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Futbol
09:41
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Xarici siyasət
09:33
UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
Futbol
09:24
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Digər ölkələr
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.10.2026)
Maliyyə
08:58
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr
08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.10.2026)
Maliyyə
08:48
Tramp Putin və Si Cinpinlə mümkün görüşün mövzusu kimi nüvə tərskilahını açıqlayıb
Digər ölkələr