"Barselona" 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər

Futbol
  • 10 aprel, 2018
  • 13:22
Barselona 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər

Bakı. 10 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Almaniyanın "Leyptsiq" komandasının 19 yaşlı futbolçusu Dayo Upamekanonu transfer etmək niyyətindədir.

"Report"un "Telefoot"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi fransalı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.

Əslən qvineyalı olan oyunçu ilə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Dayo Upamekano 2017-ci ildən "Leyptsiq"də çıxış edir. O, cari mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyun keçirib və 1 qola imza atıb.