"Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır
Futbol
- 25 yanvar, 2026
- 14:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu İngiltərənin "Norviç" komandasında çıxış edən 16 yaşlı hücumameyilli yarımmüdafiəçi Ajay Tavaresin transferini reallaşdırmağa yaxındır.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniyalılar 2009-cu il təvəllüdlü istedadlı futbolçu ilə müqavilə bağlamaq üçün son razılaşma mərhələsindədir.
Ajay Tavares "Norviç" klubunun gənclər akademiyasının yetirməsidir. O, cari mövsüm klubun U-18 kollektivində çıxış edib.
Qeyd edək ki, Ajay Tavares daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), "Leyptsiq", "Bavariya", İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", "Mançester Siti" və "Çelsi" kimi nəhəng klubların da maraq dairəsində olub.
Son xəbərlər
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes