"Barselona" 150 milyon avroluq təklifi rədd etdi
Futbol
- 29 sentyabr, 2020
- 05:42
İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatini İngiltərə "Mançester"inə satmaqdan imtina edib.
"Report"un "Catalunya Radio"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi 150 milyon avroluq təklifi geri çevirib. Bundan sonra 18 yaşlı hücumçunun təzminat haqqı 170 milyon avrodan 400 milyon avroya yüksəlib.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. Gənc forvard ötən mövsüm La Liqada 11-i əsas heyətdə olmaqla, 24 oyuna 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayınadəkdir. Cari mövsümdə isə ispaniyalı hücumçu "Vilyarreal"ı 4:0 hesabı ilə yendikləri görüşdə dubl edib.
Son xəbərlər
16:34
Tibbi-meteoroloji proqnoz açıqlanıb
Sağlamlıq16:25
Belçikadakı meşə yanğını Almaniyaya doğru irəliləyir
Digər ölkələr16:19
"Ordu" klubu heyətini Coşua Retamarla gücləndirib
Fərdi16:05
Foto
Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
Region15:59
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi15:43
Polşada 17-ci əsrə aid kilsə yanıb
Digər ölkələr15:30
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq
Energetika15:19
Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunu yeniləyib
Fərdi15:11