Bakıda keçiriləcək turnirin oyunlarının məkanı və başlama saatı açıqlanıb

Futbol
  • 20 fevral, 2024
  • 07:59
Bakıda keçiriləcək turnirin oyunlarının məkanı və başlama saatı açıqlanıb

Bakıda futbol üzrə milli komandalar arasında “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib.

“Report”un məlumatına görə, ümumilikdə 4 matç iki stadionda baş tutacaq.

Azərbaycan yığması hər iki görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Digər iki qarşılaşma isə “Dalğa Arena”da reallaşacaq.

22 mart
17:00. Bolqarıstan – Tanzaniya

“Dalğa Arena”
20:00. Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu

25 mart
17:00. Tanzaniya – Monqolustan

“Dalğa Arena”
20:00. Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu

44 - Tezliklə