“Çelsi”nin futbolçusu: “Bakıda arzumuz gerçək olacaq”
Futbol
- 28 may, 2019
- 13:17
“Çempionlar Liqasına vəsiqə qazandıq və Avropa Liqasının finalındayıq. Bu il arzumuz gerçəkləşəcək. Bunu reallaşdıracağımıza ümid edirəm”.
“Report” UEFA-nın saytına istinadən xəbər verir ki, bunu “Çelsi”nin futbolçusu Emerson Palmeri Bakıda “Arsenal”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə deyib.
Braziliya əsilli italiyalı futbolçu qarşılaşmanın böyük önəm kəsb etdiyini bildirib: “Bu, derbi və finaldır. Bu oyunu digər matçlarla eyni tutmaq olmaz. “Arsenal”ın oyunun əvvəlindən aqressiv futbol sərgiləyəcəyini gözləyirəm. Çünki onlar Premyer Liqada “dördlüy”ə düşə bilməyiblər”.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Son xəbərlər
17:36
Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
Futbol17:34
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Maliyyə17:26
Azərbaycan paracüdoçuları Göygöl və Qubada təlim-məşq toplanışına start verib
Fərdi17:20
DSMF: Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
Maliyyə17:17
Rodri "Real"la müqavilə şərtləri barədə razılığa gəlib
Futbol17:13
Azərbaycanın Çindən smartfon idxalına çəkdiyi xərci 26 % artıb
Biznes17:01
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Biznes16:57
Tramp: Husilər məni çox məyus etdi
Digər ölkələr16:54