"Bakı" və "İnter" klubları səfər matçlarına maddi problemlərlə əlaqədar yollana bilməyib
Futbol
- 12 may, 2015
- 12:32
Bakı. 12 may. REPORT.AZ/ Paytaxtın "İnter" və "Bakı" futbol klublarının aşağı yaş qrupları üzrə komandaları səfər oyunlarına maliyyə problemləri səbəbindən yollana bilməyib.
"Report"un məlumatına görə, "Bakı"nın 17 yaşlılardan ibarət komandası Zaqatalada "Simurq"la, "İnter"in 16 yaşlılardan ibarət komandası isə Tovuzda "Turan"la oyunda iştirak etməyib.
Nəticədə AFFA-nın İntizam Komitəsi bu gün keçirilmiş iclasında hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verib. Bu hal klubların qarşıdakı turlarda maddi problemin digər yaş qruplarına da təsirsiz ötüşməyəcəyini göstərir.
Qeyd edək ki, "Bakı" və "İnter"in səfər matçlarına yollanmamalarının maddi problemlərlə bağlı olduğu hər iki klubdan təsdiqlənib.
Son xəbərlər
13:20
Mirbağır İsayev: "Milli Litva ilə matçda qələbəyə layiq idi"
Futbol13:14
Foto
Lüksemburqda Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət13:07
Qadın voleybolçulardan ibarət "Turan" klubunun Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
Komanda13:06
Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
Hərbi13:05
Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb
Digər ölkələr13:03
Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Ekologiya13:00
Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq
İnfrastruktur12:59
Palçıq Vulkanları Turizm Kompleksinə 8 ayda 30 minə yaxın turist gəlib
Turizm12:57
Foto