Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini müsbət cavablandırıb

Futbol
  • 03 noyabr, 2016
  • 08:37
Bakı Metropoliteni Qəbələ klubunun müraciətini müsbət cavablandırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib. 

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib. 

Qeyd edək ki, müraciət "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb. 

44 filmi