“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub

Futbol
  • 20 noyabr, 2019
  • 08:17
“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub

“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

“Report” AFP-yə istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. “Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.

44 filmi