Bakı "İnter"inin sabiq baş məşqçisi "Kayrat"a Qazaxıstan Super Kubokunu qazandırıb
- 04 mart, 2017
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 mart. REPORT.AZ/ "Kayrat" klubu futbol üzrə Qazaxıstan Super Kubokunu qazanıb. "Report"un məlumatına görə, Kaxaber Tsxadadzenin baş məşqçi olduğu komanda "Astana"ya qalib gəlib - 2:0.
Qolları 76-cı dəqiqədə Sesar Arso, 90-cı dəqiqədə isə İslambek Kuat vurub.
"Kayrat" ardıcıl ikinci il Super Kuboka yiyələnib. Almatı komandası yalnız aktivində 3 belə mükafatı olan "Aktobe"yə uduzur.
Qeyd edək ki, Kaxaber Tsxadadze 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" komandalarının baş məşqçisi olub. O, baş məşqçi karyerasında ilk dəfə Super Kubok əldə edib. Əvvəllər Tsxadadze 2 dəfə - Tbilisinin "Dinamo" (2004-2005) və Bolnisinin "Sioni" (2005-2006) komandalarına Gürcüstan, "İnter"ə (2009-2010) isə Azərbaycan çempionluğu qazandırıb.