Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub
- 16 noyabr, 2022
- 19:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin 2024-cü Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv səfərdə Andorraya minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Marko Arnautoviç vurub.
Azərbaycan millisinin digər rəqibi Estoniya isə Baltik Kuboku turnirində Latviya ilə qarşılaşıb. Yarımfinal görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) latviyalılar finala yüksəliblər.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.