Azərbaycanlı referi beynəlxalq oyuna təyinat alıb

Futbol
  • 17 noyabr, 2015
  • 14:03
Azərbaycanlı referi beynəlxalq oyuna təyinat alıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Orxan Məmmədova UEFA tərəfindən yeni təyinat verilib. "Report"un məlumatına görə, o, Gənclər Liqasının H qrupunda keçiriləcək "Zenit" (Rusiya) – "Valensiya" (İspaniya) oyununun baş hakimi olacaq.

O.Məmmədova bu işdə Yaşar Abbasov və Kamran Bayramov kömək edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 24-də Sankt-Peterburqda keçiriləcək.