Azərbaycanlı referi İsveç - Kipr qarşılaşmasını idarə edəcək

Futbol
  • 04 sentyabr, 2017
  • 11:47
Azərbaycanlı referi İsveç - Kipr qarşılaşmasını idarə edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb. 

"Report"un məlumatına görə, gənc FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Kipr qarşılaşmasını idarə edəcək.

Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə məğlub edib, İsveç isə hələ oyun keçirməyib.