Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununa təyinat alıb

Futbol
  • 03 may, 2018
  • 10:57
Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununa təyinat alıb

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun müəyyənləşib.

"Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referisinin köməkçisi B qrupunun Portuqaliya - Norveç oyununda yan xətt hakimi olacaq. Qarşılaşmanın baş hakimi isə hollandiyalı Denis Hiqler olacaq.

Qeyd edək ki, Portuqaliya - Norveç matçı mayın 4-ü Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.