Azərbaycanlı hakim oyun zamanı səhvə yol verdiyini etiraf edib
Futbol
- 03 aprel, 2019
- 09:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanlı futzal hakimi Azad Hüseynov Yüksək Liqanın XXIV turun EKOL – “Xəzər Cənub” matçında səhvə yol verdiyini etiraf edib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi qarşılaşmanın 18-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Hadı Rezvanı sarı vərəqə ilə cəzalandırıb və bunun futzalçının ikinci xəbardarlığı olduğunu əsas gətirərək Rezvanı meydandan qovub.
Lakin qarşılaşmanın protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunub. Hüseynov İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini bildirib. Futzalçıya göstərilən qırmızı vərəqə isə İntizam Komitəsi tərəfindən ləğv olunub.
Son xəbərlər
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət