Azərbaycanlı hakim-inspektor seçmə mərhələ oyunlarına təyinat aldı

Futbol
  • 17 mart, 2021
  • 12:36
Azərbaycanlı hakim-inspektor seçmə mərhələ oyunlarına təyinat aldı
Elçin Səmədli

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli iki oyuna təyinat alıb.

"Report" xəbər verir ki, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsində keçiriləcək Belarus – İsrail və Sloveniya – Latviya matçlarının hakim-inspektoru olacaq.

Qarşılaşmalar müvafiq olaraq aprelin 6-da və 12-də təşkil olunacaq.