Azərbaycanlı hakim-inspektor Çempionlar Liqası matçına təyinat aldı

Futbol
  • 23 noyabr, 2020
  • 07:58
Azərbaycanlı hakim-inspektor Çempionlar Liqası matçına təyinat aldı
Elçin Səmədli

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər veir ki, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Allstars” (Avstriya) – “Luxol St. Andrevs” (Malta) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də keçiriləcək.