Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb

Futbol
  • 09 aprel, 2018
  • 14:45
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanlı hakim Rza Məmmədov UEFA tərəfindən təyinat alıb. 

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referisinin köməkçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.

Qeyd edək ki, qarşılaşmalar mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.

44 filmi