Azərbaycanlı futbolçu Moldova klubu ilə müqavilə imzalayıb
Futbol
- 25 iyul, 2019
- 11:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu rəsmi "Facebook" hesabından karyerasını Moldovada davam etdirəcəyi ilə bağlı paylaşım edib.
Novruzov ölkənin "Dinamo-Avto" klubu ilə müqavilə imzalayıb. Sözləşmənin detalları hələ ki, bəlli deyil.
Qeyd edək ki, Nurlan Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandaların formasını geyinib. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" kollektivində çıxış edib. Forvard 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.
Son xəbərlər
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region