Azərbaycanlı FİFA referisi Avropa çempionatının seçmə oyununa təyinat alıb

Futbol
  • 08 noyabr, 2017
  • 07:07
Azərbaycanlı FİFA referisi Avropa çempionatının seçmə oyununa təyinat alıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya - Serbiya oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 10-da keçiriləcək. 

44 filmi