Azərbaycanın U-21 millisinin iki oyun üçün heyəti açıqlanıb
- 01 oktyabr, 2021
- 11:01
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Finlandiya və Xorvatiyaya qarşı Avropa çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Milan Obradoviç 23 futbolçuya dəvət göndərib. Onlardan ikisi legionerdir.
| S/S | AD, SOYAD | MÖVQE | KLUB |
| 1 | Nicat Mehbalıyev | Qapıçı | Qəbələ |
| 2 | Rüstəm Samiqullin | Qapıçı | Sabah |
| 3 | Əkbər Vəliyev | Qapıçı | Keşlə |
| 4 | Rauf Hüseynli | Müdafiəçi | Zirə |
| 5 | Arsen Ağcabəyov | Müdafiəçi | Sabah |
| 6 | Cəlal Hüseynov | Müdafiəçi | Zirə |
| 7 | Elçin Mustafayev | Müdafiəçi | Keşlə |
| 8 | Nihad Qurbanlı | Müdafiəçi | Neftçi |
| 9 | Samet Karakoç | Müdafiəçi | Bayrampaşaspor (Türkiyə) |
| 10 | Süleyman Damadayev | Müdafiəçi | Qəbələ |
| 11 | Nihad Quliyev | Müdafiəçi | Qarabağ |
| 12 | Səbuhi Abdullazadə | Yarımmüdafiəçi | Sumqayıt |
| 13 | Asim Əlizadə | Yarımmüdafiəçi | Neftçi |
| 14 | Ədilxan Qarəhmədov | Yarımmüdafiəçi | Səbail |
| 15 | Vüsal Əsgərov | Yarımmüdafiəçi | Neftçi |
| 16 | İsmayıl Zülfüqarlı | Yarımmüdafiəçi | Neftçi |
| 17 | Camal Cəfərov | Yarımmüdafiəçi | Sabah |
| 18 | Turan Vəlizadə | Yarımmüdafiəçi | Keşlə |
| 19 | Rüfət Abdullazadə | Yarımmüdafiəçi | Sumqayıt |
| 20 | Ramin Əhmədov | Yarımmüdafiəçi | Zirə |
| 21 | İldar Ələkbərov | Yarımmüdafiəçi | Sabah |
| 22 | Mustafa Yıldırım | Hücumçu | Pazarspor (Türkiyə) |
| 23 | Musa Qurbanlı | Hücumçu | Qarabağ |
Qeyd edək ki, Azərbaycan seçməsi oktyabrın 8-də Sumqayıtdakı "Kapital Bank Arena"da Finlandiyanı, 4 gün sonra isə Xorvatiyanı qəbul edəcək.