Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Növbəti oyunlarda cəsarətli çıxış etmək vacibdir"

Futbol
  • 06 oktyabr, 2025
  • 16:10
Azərbaycanın U-21 millisinin baş məşqçisi: Növbəti oyunlarda cəsarətli çıxış etmək vacibdir
Rəşad Eyyubov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunlarında cəsarətli çıxış etmək vacibdir.

"Report" xəbər verir ki, bu barədə U-21-in baş məşqçisi təyin olunan Rəşad Eyyubov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qarşıdakı rəsmi matçlarla bağlı fikirlərini bölüşüb:

"Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir".

O, futbolçulara inandığını vurğulayıb:

"Məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir".

Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə "Dalğa Arena"da Şotlandiya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti