Azərbaycanın U-20 millisinin üzvü Əli İbrahim "Olimpiakos" klubunun düşərgəsindədir

Futbol
  • 08 oktyabr, 2026
  • 14:54
Azərbaycanın U-20 millisinin üzvü Əli İbrahim Olimpiakos klubunun düşərgəsindədir

"Qarabağ" Akadamiyasının futbolçusu Əli İbrahim "Olimpiakos" klubunda təcrübə keçmək üçün Yunanıstana yollanıb.

Bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

O, Azərbaycanın U-20 millisinin üzvünün hazırda Afinada olduğunu söyləyib:

"Əli İbrahim şəxsi təşəbbüsü, bizim klubun da icazəsi ilə 1 həftəlik "Olimpiakos"un düşərgəsinə yollanıb".

N.Kərimov hücumçunun sözügedən kluba mümkün transferinə də toxunub:

"Hazırda belə söhbət və ya müzakirə yoxdur. Futbolçumuz təcrübə keçmək üçün Yunanıstan təmsilçisinin düşərgəsindədir. Gələcəkdə əlavə nəsə olsa, danışa bilərik".

44 - Tezliklə