Azərbaycanın U-20 millisi Qəbələdəki toplanışda ilk yoxlama matçını keçirib

Futbol
  • 21 sentyabr, 2026
  • 17:31
Azərbaycanın U-20 millisi Qəbələdəki toplanışda ilk yoxlama matçını keçirib

Azərbaycanın U-20 millisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

"Report"un AFFA-ya istinadən məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu komanda "Qəbələ" ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, U-20 Qəbələdəki hazırlıq çərçivəsində oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qüvvəsini sınayacaq.

44 - Tezliklə