Azərbaycanın futzal yığmasının Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb
- 18 oktyabr, 2021
- 17:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstan yığmasına qarşı keçirəcək.
Yanvarın 26-dakı qarşılaşmada rəqib İspaniya seçməsi olacaq. Milli komanda qrupdakı son oyununda isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək. Azərbaycan yığması ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.
Avropa çempionatı, final mərhələsi
D qrupu
22 yanvar
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina
26 yanvar
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan
29 yanvar
Azərbaycan - Bosniya və Herseqovina
Gürcüstan - İspaniya
Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.