Azərbaycanın futzal millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
- 07 dekabr, 2021
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Futzal üzrə Azərbaycan millisinin Ukraynaya qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva 15 oyunçuya dəfət göndərib.
| N. | AD / SOYAD | KLUB |
| 1 | Rövşən Hüseynli | Araz-Naxçıvan |
| 2 | Ramiz Çovdarov | Araz-Naxçıvan |
| 3 | İsa Atayev | Araz-Naxçıvan |
| 4 | Xətai Bağırov | Araz-Naxçıvan |
| 5 | Rizvan Fərzəliyev | Araz-Naxçıvan |
| 6 | Amir Shojaei | Araz-Naxçıvan |
| 7 | Nurlan Mehdizadə | Araz-Naxçıvan |
| 8 | Cavad Məmmədov | Neftçi |
| 9 | Emin Kürdov | Ekol |
| 10 | Tofiq Mikayılov | Ekol |
| 11 | Xəzər Ağalizadə | U-19 |
| 12 | Rafael Vilela | Palma Futsal (İspaniya) |
| 13 | Fineo De Araujo | Sporting Paris (Fransa) |
| 14 | Thiago Teles Martins | ACCS FUTSAL (Fransa) |
| 15 | Everton Cardoso | Levante U.D. (İspaniya) |
Qeyd edək ki, Bakıdakı qarşılaşmalar dekabrın 18-də və 19-da gerçəkləşəcək. Həmin matçlara hazırlıq məqsədi ilə 12 - 20 dekabrda yığmanın təlim-məşq toplanışı olacaq.